...

Heydər Əliyev Fondunun proqramı çərçivəsində Qax şəhərində 100 yerlik yeni uşaq bağçası tikilir

Cəmiyyət Materials 2 İyul 2014 10:56 (UTC +04:00)
Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Qax şəhərində daha bir uşaq bağçası tikilir.
Heydər Əliyev Fondunun proqramı çərçivəsində Qax şəhərində 100 yerlik yeni uşaq bağçası tikilir

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində Qax şəhərində daha bir uşaq bağçası tikilir.

Trend Fondun saytına istinadən xəbər verir ki, şəhərin 28 May küçəsində inşa edilən 100 yerlik uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. İkimərtəbəli binada yataq, məşğələ və qrup otaqları, həmçinin yeməkxana, musiqi zalı olacaq. Binanın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində cari ildə Qax şəhərinin İ.Dağıstanlı küçəsində 100 yerlik daha bir uşaq bağçasının tikintisinə başlanılması da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti