...

Bişkekdə Heydər Əliyev adına park salına bilər

Cəmiyyət Materials 4 Avqust 2014 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Bişkekdə Heydər Əliyev adına park salına bilər. Bu barədə danışıqlar Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Bişkek meri Kubanıçbek Kulbatovla keçirdiyi görüşdə aparılıb. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi AKİpress meriyanın mətbuat xidmətinə istinadən yayıb.

Görüş zamanı iqtisadiyyat, sosial və mədəniyyət sahəsində məsələlər müzakirə olunub.

Tərəflər qarşılıqlı olaraq hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi məsələsini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti