...

“3 dekabr – Beynəlxalq Əlillər günü” münasibəti ilə əlil uşaqlar arasında stolüstü oyunlar üzrə yarış keçirildi (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2014 10:14 (UTC +04:00)
“3 dekabr – Beynəlxalq Əlillər günü” münasibəti ilə əlil uşaqlar arasında stolüstü oyunlar üzrə yarış keçirildi.
“3 dekabr – Beynəlxalq Əlillər günü” münasibəti ilə əlil uşaqlar arasında stolüstü oyunlar üzrə yarış keçirildi (FOTO)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

02 dekabr 2014-cü il tarixdə "3 dekabr - Beynəlxalq Əlillər günü" münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi rayon Gənclər və İdman İdarəsi və "Müşviq" adına Qaradağın Əlil Uşaqlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə birliyin uşaqları arasında stolüstü oyunlar (şahmat, dama, domino) üzrə yarışlar keçirildi.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əlil insanlara göstərilən dövlət qayğısından, yaradılan şəraitdən və eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən irimiqyaslı xeyriyyə aksiyalarından danışdı. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası təmin etməkdən idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsindən ibarət olduğunu qeyd etdi.

Birliyin sədri Validə Abbasova uşaqların, o cümlədən əlil uşaqların sosial məsələlərinin rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanmasını, bu yönümdə görülən işləri iştirakçıların nəzərinə çatdırdı.

Tədbirin ikinci hissəsi əlil uşaqlar arasında yarışlarla davam etdirildi. Yarışlarda 25 nəfər iştirak etdi.

Yarışın sonunda qaliblər Qaradağ rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələrlə mükafatlandırıldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti