...

AMEA hansı alimlərə qızıl medal verəcək?

Cəmiyyət Materials 14 Yanvar 2015 14:16 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qızıl medalları alimlərə apreldə təqdim ediləcək.
AMEA hansı alimlərə qızıl medal verəcək?

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qızıl medalları alimlərə apreldə təqdim ediləcək. Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademiya prezidenti bildirib ki, ötən il ilk dəfə olaraq, Azərbaycanın görkəmli alimlərinin adına mükafatlar təsis edilib.

A.Әlizadə deyib ki, bu yaxınlarda 2014-cü ilin yekunlarına əsasən akademiyanın adlı mükafatlarına təqdimatlar barədə elan veriləcək.

Bu il də nailiyyət əldə edən alimlərə adlı mükafatların veriləcəyini deyən akademiya prezidenti bildirib ki, adlı mükafatlar verilərkən namizədlərin nəticələri çox ciddi müzakirə olunacaq. Yalnız bundan sonra mükafatlar alimlərə təqdim olunacaq.

Onun sözlərinə görə, AMEA tərəfindən alimlər üçün "Qızıl medal" da təsis edilib: "Qızıl medal" bir azərbaycanlı və bir əcnəbi olmaqla iki alimə veriləcək. Bu ilin aprel ayında Rəyasət Heyətinin ümümi yığıncağında qızıl medallar ilk dəfə olaraq ən yüksək elmi nailiyyətə görə təqdim ediləcək. Bu medallar RH tərəfindən təsdiq olunan alimlərə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti