...

Azərbaycan Turizm və Menecment Universiteti ilə İtaliya cəmiyyəti ilə əməkdaşlığa başladı (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2015 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Dante Alieghieri Cəmiyyəti arasında Əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo və Dante Alieghieri Cəmiyyətinin Bakı təsisçisi Gülnarə Aslanbəyli Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olublar. Tədbirdən əvvəl İtaliyanın ölkəmizdəki böyük elçisi Campaolo Kutilo ATMU- nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərovla görüşüb. Rektor C.Cəfərov ATMU ilə bağlanan Əməkdaşlıq haqqında müqavilənin fayda verəcəyinə əminliyini bildirib.

Səfir əməkdaşlıq haqqında müqavilənin iki ölkə universitetlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan öz turizm potensialını təbliğ etmə yolunda böyük işlər görüb və müəyyən uğur qazanıb:

"Hesab edirəm ki, turizm Azərbaycan iqtisadiyyatının vacib sahələrindən birinə çevriləcək. Hazırda Azərbaycanda italyan dilinə maraq getdikcə artır, bu isə iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etməsinin nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti