...

Paytaxtda daha iki yolun asfalt-beton örtüyü yenilənir

Cəmiyyət Materials 12 Fevral 2015 15:14 (UTC +04:00)
Bakının iki küçəsinin asfalt-beton örtüyü dəyişdirilir. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Paytaxtda daha iki yolun asfalt-beton örtüyü yenilənir

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının iki küçəsinin asfalt-beton örtüyü dəyişdirilir. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, paytaxtın Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Mərdanov qardaşları küçəsinədək olan hissəsində təmir işlərinə start verilib. Paralel olaraq, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən "Qələbə" kinoteatrının qarşısındakı dairəyə qədər olan köməkçi hissəsində də təmir işləri aparılır: "Hər iki yolda köhnə asfalt-beton örtüyü qaşınıb çıxarılır. Sabahdan etibarən isə hava normal keçərsə, yeni asfalt-beton örtüyünün vurulmasına başlanılacaq. Hava şəraiti imkan verərsə, təmir işlərinin yaxın 3-4 gün ərzində yekunlaşdırlıması nəzərdə tutulur".

"Azəryolservis"in sözçüsü onu da əlavə edib ki, təmir işlərinin aparılsa da, adıçəkilən yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti