...

Sürücülərin nəzərinə: Heydər Əliyev prospekti ilə hərəkət edərkən ehtiyatlı olun

Cəmiyyət Materials 17 Fevral 2015 13:22 (UTC +04:00)
Bakıda Heydər Əliyev prospektinin köməkçi yollarından biri, Heydər Əliyev Mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətindəki kənar yoldan “Bağırov körpüsü”nün altındakı tunelə giriş bağlanacaq.
Sürücülərin nəzərinə: Heydər Əliyev prospekti ilə hərəkət edərkən ehtiyatlı olun

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda Heydər Əliyev prospektinin köməkçi yollarından biri, Heydər Əliyev Mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətindəki kənar yoldan "Bağırov körpüsü"nün altındakı tunelə giriş bağlanacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, tunelə giriş fevralın 18-i saat 9:00-dan etibarən bağlanacaq. Bu addım tuneldə aparılacaq təmir işləri ilə əlaqədardır.

P.Mürəsliyev qeyd edib ki, təmir işlərinin 2 gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti