...

"Azəryolservis" Heydər Əliyev prospektində hərəkətlə bağlı sürücülərə müraciət etdi (FOTO)

Cəmiyyət Materials 12 Mart 2015 14:59 (UTC +04:00)
Heydər Əliyev prospektində sürücülər yol nişanlarının tələblərini pozurlar.
"Azəryolservis" Heydər Əliyev prospektində hərəkətlə bağlı sürücülərə müraciət etdi (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Heydər Əliyev prospektində sürücülər yol nişanlarının tələblərini pozurlar. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bir müddət öncə Heydər Əliyev prospektində hərəkət istiqamətinin dəyişdirilməsinə və lazımi yol nişanlarının qoyulmasına baxmayaraq, sürücülər yol nişanlarının tələblərini pozaraq qəza şəraiti yaradırlar.

P.Mürsəliyev xatırladıb ki, bir neçə gün əvvəl Xətai prospektindən "Bazarstore" ticarət mərkəzinin qarşısındakı qovşaqla Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman nəqliyyat vasitələrinin köməkçi yola keçməsi asanlaşdırılıb: "Nəqliyyat vasitələri Xətai prospektindən "Bazarstore" qovşağı ilə Heydər Əliyev prospekti istiqamətində hərəkət edən zaman əsas yoldan köməkçi yola keçəndə görüntü məhdud olduğu üçün orada sürücülərin manevr imkanları məhdudlaşırdı. Ona görə də Heydər Əliyev prospektində yolötürücüdən bir qədər irəlidə, təxminən 25 m məsafədə ayırıcı zolaq sökülüb və görüntünün daha yaxşı olduğu ərazidə əsas yoldan köməkçi yola keçmək üçün xüsusi yer düzəldilib. Yəni əvvəllər Xətai prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələri yolötürücüdən düşən kimi köməkçi yola keçərkən Yusif Səfərov küçəsi ilə gələn nəqliyyat vasitələri ilə üzləşir və manevr etməkdə çətinlik çəkirdilər. Bu isə yolda sıxlığa və tıxaca səbəb olurdu. İndi isə azca qabaqdan əsas yoldan köməkçi yola keçmək imkanı yaradıldığından bu problem də aradan qaldırılıb. Buna baxmayaraq, sürücülər həmin ərazidə qaydalara əməl etmir və qəza şəraiti yaradırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti