...

Təhsil Nazirliyi elmin inkişaf konsepsiyasının hazırlanmasını zəruri sayır

Cəmiyyət Materials 14 May 2015 12:55 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali təhsildə elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsini, elmin inkişaf konsepsiyası hazırlanmaysını zəruri sayır.
Təhsil Nazirliyi elmin inkişaf konsepsiyasının hazırlanmasını zəruri sayır

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Təhsil Nazirliyi ali təhsildə elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsini, elmin inkişaf konsepsiyası hazırlanmasını zəruri sayır.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqələrin qalib layihələrinin təqdimatı mərasimində çıxış edərkən deyib ki, elm və təhsil sahəsində problemlərimiz hələ də qalmaqdadır: "İndiyədək ali təhsildə elmin prioritet istiqamətləri müəyyənləşdirilməyib, elmin inkişaf konsepsiyası hazırlanmayıb".

Y.Piriyev bildirib ki, ali təhsilin əsas fəaliyyət istiqamətlərindən biri olan fundamental və tətbiqi elmi araşdırmaların aparılması müxtəlif obyektiv və subyektiv səbəblərdən ikinci plana keçib. Bir çox universitetlərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələbləri ilə uzlaşmır, universitetlərin göstəriciləri arasında elmi nailiyyətlər azdır.
Y.Piriyev qeyd edib ki, ali təhsil müəssisələri təhsildə keyfiyyətə təminat verə bilən elmin son nailiyyətlərini özündə əks etdirən elmi mərkəzlər kimi fəaliyyət göstərməlidir. Çünki müasir şəraitdə elm və təhsil arasında sıx inteqrasiyanı təmin etmədən keyfiyyətli təhsilə və yüksək elmi yeniliklərə nail olmaq mümkün deyil: "Bu problemin həllində yalnız ali təhsil müəssisələri deyil, Elmin İnkişafı Fondu da böyük rol oynayır. Fondun ali təhsil müəssisələri ilə əlaqələrinin yeni müstəvidə və daha yüksək səviyyədə qurulması lazımdır. Elm sahəsinin nüfuzunun artırılması üçün ilk növbədə aparılan tədqiqatların keyfiyyəti artırılmalıdır. Bu işdə Elmin İnkişafı Fondunun fəaliyyətinin genişlənməsinə ehtiyac duyulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti