...

Kərəm Həsənov Lerikdə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 25 May 2015 13:38 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Lerikdə vətəndaş qəbulu keçirəcək.
Kərəm Həsənov Lerikdə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 25 may /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Lerikdə vətəndaş qəbulu keçirəcək.

Komitədən Trend-ə verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 29-da Lerik şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Qəbulda Lerik, Lənkəran, Astara rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Mədəniyyət Evində keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi:
(02525) 4 71 86, (02527) 5 56 47, (02522) 5 16 73

Məqalədə:
Xəbər lenti

Xəbər lenti