...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 22 İyul 2015 12:42 (UTC +04:00)
Azərbaycanın rayonlarında iyulun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri günəşli hava şəraiti vəd edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti