...

Kərəm Həsənov Göygöldə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 10 Avqust 2015 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göygöl rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 28 avqust 2015-ci il tarixində Göygöl rayonunda keçirəcəyi vətəndaş qəbulu 14 avqust 2015-ci il tarixinə keçirilmişdir. Qəbulda Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:
(02220) 5-23-75, (022) 265-08-69

Məqalədə:
Xəbər lenti

Xəbər lenti