...

Kərəm Həsənov Beyləqanda vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 10 Sentyabr 2015 10:35 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Beyləqan rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.
Kərəm Həsənov Beyləqanda vətəndaş qəbulu keçirəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Beyləqan rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 18 sentyabr 2015-ci il tarixində Beyləqan rayonunda vətəndaş qəbulu keçiriləcək.

Qəbulda Beyləqan, Ağcabədi, Füzuli və İmişli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi:
(02122) 5-33-67, (02122) 5-33-41

Məqalədə:
Xəbər lenti

Xəbər lenti