...

Metroda gediş haqqı artacaqmı?

Cəmiyyət Materials 21 Dekabr 2015 15:47 (UTC +04:00)
Metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.
Metroda gediş haqqı artacaqmı?

Bakı. Elmir Murad - Trend:

Metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur. Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, gediş haqqının artırılması onların səlahiyyətinə aid məsələ deyil: "Hazırda bu məsələ gündəmdə deyil. Qiymətlərə Tarif (qiymət) Şurası baxır. Bakı Metropoliteni bu məsələ ilə məşğul olmur".

Qeyd edək ki, bu gün səhərdən dollar və avro 50 faiz bahalaşıb. Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti