...

Azərbaycan Hüquq İslahatları Mərkəzinin rəhbəri "Fəxri diplom"la təltif olunub

Cəmiyyət Materials 22 Fevral 2016 12:22 (UTC +04:00)
Fevralın 20-də Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan Hüquq İslahatları Mərkəzinin rəhbəri "Fəxri diplom"la təltif olunub

Bakı. Trend:

Fevralın 20-də Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilmişdir. Qeyd olunmalıdır ki, İttifaq 1 il əvvəl Ümumi Məhkəmə Hakimləri Assosiasiyası və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının birgə təşəbbüsü ilə yaradılmışdır.

Tədbirdə bir sıra hakimlərlə bərabər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü, Azərbaycan Hüquq İslahatları Mərkəzinin rəhbəri Anar Bağırov Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının tədris tədbirlərində fəal iştirakına görə "Fəxri diplom"la təltif edilmişdir. Məlumat üçün bildirilməlidir ki, Anar Bağırov İttifaq tərəfindən təltif olunmuş ilk qeyri-hakimdir.

Tədbirdə Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatları dinlənilib.

Yığıncaqda məruzə ilə çıxış edən İttifaqın, həmçinin Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən mütərəqqi islahatlardan bəhs edib.

Yığıncaqda Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov "Təqsirləndirilən şəxsin əleyhinə olan məhkəməyədək icraatda əldə edilmiş şahid ifadələri ilə məhkəmə qərarlarının əsaslandırılması problemi Avropa Məhkəməsinin presedentlərində" və sair mövzularda məruzələrlə çıxışlar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti