...

Avstraliyalı idmançı: Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun medalını qazanmaq əla olardı (FOTO)

Cəmiyyət Materials 1 Mart 2016 17:35 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun medalını qazanmaq əla olardı.
Avstraliyalı idmançı: Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun medalını qazanmaq əla olardı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun medalını qazanmaq əla olardı. Bunu Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələn avstraliyalı batutçu Ti Svedlinq deyib.

O bildirib: "Bu, cari ildə mənim üçün ikinci yarışdır. Artıq Avstraliyada bizim çempionat olub, amma bu mənim 2016-cı ildə ilk beynəlxalq turnirimdir. Olimpiadaya seçim ərəfəsində mənim üçün hər bir turnir çox vacibdir. Keyfiyyətli çıxış nümayiş etdirmək istəyirəm və ümidvaram ki, finala çıxıb medal qazanacağam. Bu, əla olardı".

İdmançının sözlərinə görə, Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna gələcək gimnastların səviyyəsi çox yüksəkdir.

T.Svedlinq düşünür ki, Rusiya və Belarus gimnastları əsas rəqiblər olacaq: "Mən isə çox ciddi rəqiblər olan əvvəlki dünya çempionatlarının gümüş və bürünc mükafatçıları (Dioqo Qançinyo və Andrey Yudin) arasında start edirəm"

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur. Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 78 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitri Fedorovski və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - I Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edəcək.

İlk günündə təsnifatı keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.

Yarış vaxtı izləyicilər də diqqətdən kənarda qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti