...

Azərbaycanlı tələbələrin Misirin turizm zonalarında istehsalat təcrübəsi keçmək imkanları araşdırılır (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 13:51 (UTC +04:00)
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib.
Azərbaycanlı tələbələrin Misirin turizm zonalarında istehsalat təcrübəsi keçmək imkanları araşdırılır (FOTO)

Bakı. Trend:

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi tələbələri salamlayaraq, onlara Mərkəzin fəaliyyət istiqamətləri, Misirin tarixi və turizmi haqqında geniş məlumatlar verdi.

Bundan başqa, Mərkəzin rəhbəri Misirin dünyanın turizm mərkəzi olduğunu, Misirdə dünya şöhrətli otellərin yüksək səviyyəli xidmətləri, qədim tarixi və mədəniyyəti ilə turistlərin üzünə daim açıq olması barədə geniş məlumatlar verdi.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə yaxından tanış olan Azərbaycan Turzim və Menecment Universitetinin tələbələrini maraqlandıran suallara cavab verən Mərkəz rəhbəri tələbələr üçün Misirin turizm zonalarında istehsalat təcrübəsi keçmək imkanının həyata keçirilməsinin, tələbələrin mehmanxana işləri barədə əyani olaraq Misirdə bu sahədə mütəxxəsislərlə təcrübə keçmək imkanlarının mümkünlüyünü və bu sahədə danışıqların aparıldığını qeyd etdi.

Sonda Mədəniyyət Mərkəzinin rəhbəri və tələbələr arasında bir sıra təkliflər müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti