...

Bakının daha bir küçəsində təmir işlərinə başlanır

Cəmiyyət Materials 18 Aprel 2016 18:40 (UTC +04:00)
19 aprel səhər saat 10:00-dan etibarən Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir.
Bakının daha bir küçəsində təmir işlərinə başlanır

Bakı. Trend:

19 aprel səhər saat 10:00-dan etibarən Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir.

"Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti