...

Azərbaycan Texniki Universitetində Məzun günü (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 19:18 (UTC +04:00)
İyunun 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Məzun günü təntənəli şəkildə qeyd olunub.
Azərbaycan Texniki Universitetində Məzun günü (FOTO)

Bakı. Trend:

İyunun 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Məzun günü təntənəli şəkildə qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru, professor Havar Məmmədov Universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, cari tədris ilində Universiteti 1521 bakalavr, 181 magistrant bitirir. Bakalavriat səviyyəsində təhsilini başa vuran tələbələrin 18-i xarici ölkə vətəndaşıdır.

Rektor Universitetin builki məzunları arasında Xüsusi texnika və texnologiya fakültəsindən də məzunların olduğunu bildirib. Bu fakültənin yeni yaranmasına baxmayaraq böyük uğurlara nail olduğunu diqqətə çatdıran Havar Məmmədov ilk buraxılış məzunlarının sayının 70 nəfər olduğunu deyib. Həmin məzunların Müdafiə Sənayesi Kompleksinin zavodlarının işində dönüş yaradacaqları, Azərbaycanın müdafiə sənayesinə böyük töhfələr verəcəkləri vurğulanıb.

H.Məmmədov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Rektor müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə Milli Məclisdən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Müdafiə Sənayesi Nazirliyindən, Nəqliyyat Nazirliyindən, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən və digər təşkilatlardan qonaqlar iştirak edib.

Çıxış edənlər demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin yüksəliş mərhələsində olduğunu nəzərə çatdırıblar. Qeyd olunub ki, ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər. Natiqlər ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, müəllimlərin səmərəli əməyini yüksək qiymətləndirib, məzunları təbrik ediblər.

Valideynlər adından çıxış edən, 1 saylı klinik xəstəxananın şöbə müdiri Natavan Nəbiyeva AzTU-nun müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib. N.Nəbiyeva məzunları təbrik edib, onlara bitirdikləri ali təhsil müəssisəsinin və doğma Vətənimizin adını hər zaman uca tutmağı, ölkəmizin inkişafı naminə çalışmağı arzulayıb.

Universiteti bu il “əla” qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.

Universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti