...

Fərdi uçot sistemində 5 min 500 əcnəbi qeydiyyata alınıb

Cəmiyyət Materials 8 Noyabr 2016 12:32 (UTC +04:00)
Cari ildə fərdi uçot sistemində əlavə olaraq 5 min 500 nəfərə yaxın əcnəbi qeydiyyata alınıb.
Fərdi uçot sistemində 5 min 500 əcnəbi qeydiyyata alınıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 5 493 nəfər, o cümlədən oktyabr ayı ərzində 245 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 1 noyabr tarixinə sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı cari ilin əvvəli ilə müqayisədə 19,7 faiz artaraq 33 355 nəfərə çatıb. Onların 88,3 faizi kişilər, digərləri qadınlardır. Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər 120 ölkəni təmsil edirlər ki, onların arasında Тürkiyə (15 482 nəfər), Gürcüstan (3 235 nəfər) və Rusiya (1 922 nəfər) vətəndaşları çoxluq təşkil edirlər. Eyni zamanda, sistemdə Özbəkistandan (1758 nəfər), Hindistandan (1416 nəfər), İrandan (1 043 nəfər), Çindən (921 nəfər), Banqladeşdən (859 nəfər), Pakistandan (701 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığından (665 nəfər), Ukraynadan (549 nəfər), Türkmənistandan (322 nəfər), Filippindən (301 nəfər), ABŞ-dan (285 nəfər), Almaniyadan (266 nəfər), Qazaxıstandan (254 nəfər), İtaliyadan (214 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.

Fərdi uçot sistemi ölkədə işləyən, respublikanın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərə də şamil olunmaqla, onların şəxsi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bu isə Azərbaycan vətəndaşları kimi, ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin də gələcək pensiya təminatları üçün müvafiq hüquq əsasın yaradılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı isə 1 noyabr 2016-cı il tarixə 3 336 912 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti