...

ANAMA Cocuq Mərcanlı kəndində minalardan təmizləmə işləri həyata keçirəcək (ÖZƏL)

Cəmiyyət Materials 25 Yanvar 2017 12:10 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində bərpadan öncə minalardan təmizlənmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
ANAMA Cocuq Mərcanlı kəndində minalardan təmizləmə işləri həyata keçirəcək (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində bərpadan öncə minalardan təmizlənmə işlərinin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə Trend-ə Agentliyin əməliyyatlar üzrə baş mütəxəsisi Adil Aslanov deyib.

A.Aslanov bildirib ki, həmin ərazi işğal altında olmuş ərazidir və o ərazilərdə çoxlu sayda döyüş sursatlarının və minaların olması ehtimalı var:

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

“Bununla bağlı ANAMA tərəfindən həmin ərazilərdə təmizləmə işlərinin aparılması planlaşdırılır. İlkin olaraq planlaşdırma işləri aparmaq, kəşfiyyat işləri həyata keçirmək nəzərdə tutulur. Həmin ərazinin 3 milyon kvadrat metr olacağı qənaətindəyik. Mən bu işlərlə bağlı növbəti həftə həmin əraziyə səfər edəcəyəm”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti