...

Xaricdə istirahət edən azərbaycanlıların sayı artıb

Cəmiyyət Materials 27 Sentyabr 2017 11:43 (UTC +04:00)
Bu il Azərbaycandan xaricə gedənlərin sayı çox olub.
Xaricdə istirahət edən azərbaycanlıların sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Azərbaycandan xaricə gedənlərin sayı çox olub.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi brifinqdə məlumat verib.

Nazir qeyd edib ki, bu il 4 milyondan çox Azərbaycan vətəndaşı xaricə səfər edib.

Ə.Qarayev deyib ki, bu ilin 8 ayında ölkənin regionlarında 1 294 820 nəfər istirahət edib. Turistlər ölkədə 730 milyon 938 min manat xərcləyiblər. Bu isə ötən ilə nisbətən 2 dəfə çoxdur:

"Azərbaycandan xaricə gedən vətəndaşlar isə 600 milyon manat civarında pul xərcləyiblər. Bu o deməkdir ki, Azərbaycanın daxilində turizm munasibətləri musbət dinamika üzrə davam edir. Ölkənin turizm sənayesi artıq dövlət büdcəsinə böyük tövhə verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti