...

Paytaxt məktəblərində ağacəkmə aksiyaları keçirilir (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2017 11:05 (UTC +04:00)
Paytaxt məktəblərində ağacəkmə aksiyaları keçirilir.
Paytaxt məktəblərində ağacəkmə aksiyaları keçirilir (FOTO)

Bakı. Trend:

Paytaxt məktəblərində ağacəkmə aksiyaları keçirilir.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri ağacəkmə aksiyalarında iştirak edirlər.

Ağacəkmə aksiyalarının təşkil olunmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.

Aksiyalar zamanı ümumi təhsil müəssisələrinin həyətyanı sahələrində müxtəlif növ ağaclar əkilir, bitkilərə aqrotexniki qulluq göstərilir.

Məktəblərdə ağacəkmə aksiyalarının payız-qış mövsümündə davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti