...

“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

Cəmiyyət Materials 9 Dekabr 2017 09:55 (UTC +04:00)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.
“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.

Trend-in məlumatına görə, bununla bağı “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarda dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

Bununla yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb. Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti