...

Binəqədi şossesində təmir yekunlaşır - yolda hərəkət bərpa olundu

İqtisadiyyat Materials 18 Dekabr 2017 11:02 (UTC +04:00)
Bakının Binəqədi rayonunda təmirə dayanan yolda avtomobillərin hərəkəti bərpa olunub.
Binəqədi şossesində təmir yekunlaşır - yolda hərəkət bərpa olundu

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonunda təmirə dayanan yolda avtomobillərin hərəkəti bərpa olunub.

Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən Binəqədi şossesində hərəkət bərpa edilib. Artıq yolda son tamamlanma işləri aparılır.

Qed edək ki, Binəqədi şossesində bir müddət əvvəl əsaslı yenidənqurma işləri başlanılmışdı. Bu məqsədlə yolda hərəkət məhdudlaşdırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti