...

Binəqədidə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2018 12:41 (UTC +04:00)
Mayın 5-də Binəqədi rayonunda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş iməcilik keçirilib.
Binəqədidə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş iməcilik keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 5-də Binəqədi rayonunda Ümummili Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş iməcilik keçirilib.

Trend-in məlumatına görə, aksiya Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, rayon ərazisində fəaliyyət göstərən sahibkarların, bələdiyyələrin, eləcə də orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin təşkilatçılığı ilə həyata keçirilib.

Ümumilikdə Binəqədi rayonu ərazisində bələdiyyələrin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gənclərinin, orta ümumtəhsil müəsissələrinin şagirdlərinin iştirakı ilə 5000-dən çox ağac və gül kolları əkilib, eyni zamanda ərazidəki divarlar rənglənib. Daha sonra 30 nömrəli məktəbin şagirdlərinin iştirakı ilə flaşmob keçirilib, 6 №-li Uşaq və gənclərin inkişaf mərkəzinin rəqs kollektivinin ifasında müxtəlif rəqs nümunələri nümayiş etdirilib. Daha sonra aksiya iştirakçıları tərəfindən tort kəsilib.

#Bineqedirayonu #yasillasdirmamarafonu #agacekmeaksiyasi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti