Bakı. Trend:
Mayın 10-da Binəqədi qəsəbəsi, Binəqədi qəsəbə İƏD üzrə nümayəndəliyin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qəbulda rayon rəhbəri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Qəbulu Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
#Bineqedirayonu #seyyarqebul