...

Misir səfiri Şərqşünaslıq İnstitutunda olub (FOTO)

Cəmiyyət Materials 16 May 2018 18:51 (UTC +04:00)
Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri Adil İbrahim Əhməd İbrahim AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Misir səfiri Şərqşünaslıq İnstitutunda olub (FOTO)

Prezident İlham Əliyev

Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri Adil İbrahim Əhməd İbrahim AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İnstitutdan Trend-ə verilən məlumata görə, səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Direktor Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. G.Baxşəliyeva İnstitutda Misirlə bağlı aparılan tədqiqatlardan və bu elm müəssisəsinin Misirlə əlaqələrindən xüsusi danışıb.

Adil İbrahim Əhməd İbrahim Azərbaycanda gördüyü inkişafı qeyd edərək, ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin də mühüm olduğunu bildirib.

Daha sonra səfir Adil İbrahim Əhməd İbrahim Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. Səfiri təqdim edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik G.Baxşəliyeva onun yeni təyinatının Şərqşünaslıq İnstitutu ilə Misirin elm və təhsil müəssisələri ilə əlaqələrinin genişlənməsində yeni mərhələyə yol açacağına əminliyini bildirib.

Səfir şərqşünas alimlərlə görüşündən məmnunluğunu bildirərək, Azərbaycan və Misir xalqlarını birləşdirən çoxsaylı tarixi, dini, mədəni dəyərlərin, iqtisadi əlaqələrin, dostluq və həmrəylik bağlarının olduğunu söylədi və elmi əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olacağını ifadə edib.

Sonra səfir Adil İbrahim Əhməd İbrahim şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti