Bakı. Trend:
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd olunur.
Trend-in məlumatına görə, bu münasibətlə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində bu gün Dənizkənarı Milli Parkda uşaqlar attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə ediblər.
Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, “Qorxulu ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərib.
Trend Dənizkənarı Milli Parkda keçirilən aksiyadan fotoları təqdim edir.
FOTO - Zaur Mustafayev