...

Milli Məclisdə özəl gün (FOTO)

Cəmiyyət Materials 1 İyun 2018 17:22 (UTC +04:00)
Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Milli Məclisdə özəl gün (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Trend-in məlumatına görə, tədbirdən əvvəl uşaqlar Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalı ilə tanış olublar. Tədbir iştirakçıları Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Bildirib ki, uşaq hüquqları, ümumilikdə, insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nİn 1989-cu il noyabrın 20-də qəbul etdiyi Konvensiyada öz əksini tapıb.

B.Muradova bildirib ki, Azərbaycan da beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi bu Konvensiyaya qoşulub və ondan irəli gələn öhdəliklərini də digər qanunlarda təsbit edib. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu Qanun həm konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir.

Tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uşaqları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Sonra uşaqların sualları cavablandırılıb. Müxtəlif tədbirlərdə qalib gələn uşaqlara diplomlar təqdim edilib. Tədbirdə uşaqların ifasında musiqilər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti