• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)

1 İyun 2018 18:57 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Binəqədi Rayonu İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Doğumun təntənəli qeydə alınması” ilə bağlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Baş məsləhətçisi Firuzə Nəbiyeva, Binəqədi Rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova, Binəqədi rayonu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimin müavini İsrail Qasımov, Yeni dünyaya gəlmiş körpələr və onların valideynləri iştirak edib.

Çıxış üçün söz verilən T.Əsgərova uşaqların cəmiyyətin sabahı olduğunu və onların yüksək standartlara cavab verən təlim-tərbiyə xidmətləri ilə təmin olunmasının ölkəmizdə əsas istiqamət olduğunu bildirib.

İ.Qasımov isə ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində olduqca böyük işlər görüldüyünü qeyd edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüsün bu gün də layiqli şəkildə davam etdirildiyini qeyd edib. Natiq bildirib ki, ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlara göstərilən diqqət və qayğı özünü ən aydın şəkildə göstərir.

Daha sonra yeni dünyaya gəlmiş körpə anaları otaqlarında ziyarət edilib, onlara körpələrinin doğum haqqında şəhadətnamələri və hədiyyələr təqdim edilib.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü günündə anadan olan körpələrin valideynlərinə xatirə olaraq Azərbaycan Respublikasının Dövlət Bayraqları verilib.

Sonda Binəqədi Rayonu İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində dünyaya göz açmış körpələrə bu münasibətlə məktublar ünvanlanıb. Məktubda müstəqil və inkişaf edən Azərbaycan Respublikasının vətəndaşı kimi onun qüdrətinin daha da artmasında onların da imzalarının olacağından əminlik qeyd edilib. Məktubun sonunda dövlətimizə və ailələrinə laiqli övladlar olmaları arzu edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Binəqədidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib (FOTO)
  • Məqalədə:
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü
  • Binəqədi Rayon İcra Hakimiyyəti
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Ədliyyə Nazirliyi
Digər xəbərlər
Məhkəmədə media ilə işləyən xüsusi hakimlər təyin olundu
Siyasət 10 Dekabr 10:40
Ədliyyə Nazirliyi: Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir
Siyasət 22 Noyabr 14:20
Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb
Siyasət 22 Noyabr 09:57
200 hakim barəsində intizam icraatı başlanılıb
Cəmiyyət 5 Noyabr 19:54
Son dövrdə 220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib
Hadisə 16 Oktyabr 16:23
Azərbaycan ekstradisiya ilə bağlı beynəlxalq sənədə qoşulub (FOTO)
Siyasət 16 Oktyabr 15:59
Xəbər lenti
Bakıda kafedə yanğın baş verib
Hadisə 08:45
ABŞ Energetika Nazirliyi 2020-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
İqtisadiyyat 07:59
ABŞ, ordusunun bir hissəsini Əfqanıstandan çıxarmaq niyyətindədir
Dünya xəbərləri 07:13
"Olimpiya" manifesti auksiona çıxarılıb
Dünya xəbərləri 06:25
Məşhur olimpiya çempionu vəfat edib
İdman 05:27
ANAMA: Bu il 80 ədəd mina zərərsizləşdirilib
Cəmiyyət 04:26
Abşeronda əl qumbarası və partladıcı aşkar olunub (FOTO)
Gündəm 03:59
Zibilə atılan 70 min dollar yiyəsi tərəfindən tapılıb
Maraqlı 03:23
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Hadisə 02:17
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri