...

Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub

Cəmiyyət Materials 8 İyun 2018 18:49 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib.
Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub

Bakı. Trend:

“LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “LİBRAFF Park Akademiya” kitab mağazasının açılmasının ölkəmizdə kitab ticarətinin inkişaf etdirilməsi məqsədi daşıdığını vurğulayıb:

“Bu kitab mağazası Milli Elmlər Akademiyasının, bir sıra böyük təhsil ocaqlarının yerləşdiyi ərazidə fəaliyyət göstərəcək. Yəni, tələbələr çox rahatlıqla bu kitabxananın xidmətlərindən istifadə edə biləcəklər”.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LİBRAFF” kitab mağazaları paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.

“LİBRAFF” Azərbaycan, rus, ingilis, türk və digər dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur. Mövzu zənginliyi, qabıq dizaynı, çap və kağız keyfiyyəti ilə uzun illər şəxsi kitabxanaların ayrılmaz hissəsi olacaq.

Bu layihə Azərbaycanda kitab ticarətini inkişaf etdirməklə bərabər, ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti