...

Dünya çempionatı ilə bağlı Bakıya çox sayda turist gəlib (FOTO)

Cəmiyyət Materials 9 İyun 2018 16:22 (UTC +04:00)
Velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatı ilə əlaqədar paytaxtımıza çox sayda turist gəlib.
Dünya çempionatı ilə bağlı Bakıya çox sayda turist gəlib (FOTO)

Bakı. Trend:

Velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatı ilə əlaqədar paytaxtımıza çox sayda turist gəlib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, həm onların, həm də yerli tamaşaçıların vaxtlarını səmərəli keçirmələri və istirahət etmələri üçün federasiya tərəfindən Veloparkda bütün şərait yaradılıb.

Dünya çempionatı davam edən günlərdə Veloparkın istirahət və əyləncə mərkəzində olan tamaşaçılar buradan yarışların gedişini izləyir, milli mətbəximizin təamlarını dadır, həmçinin onlar üçün təşkil edilən konsert proqramlarında əylənirlər. Qeyd edək ki, Veloparkın istirahət və əyləncə mərkəzinə giriş pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti