...

Elçin Quliyev sərhəd pozucuları ilə atışmada yaralanmış baş çavuşu təltif etdi (FOTO)

Cəmiyyət Materials 18 İyul 2018 13:38 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi ge­­­ne­ral-polkovnik Elçin Quliyev bu ilin iyunun 21-də sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada yaralanan baş çavuş Ramazan Kurupovla görüşüb
Elçin Quliyev sərhəd pozucuları ilə atışmada yaralanmış baş çavuşu təltif etdi (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­­­ne­ral-polkovnik Elçin Quliyev bu ilin iyunun 21-də sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada yaralanan baş çavuş Ramazan Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

DSX-dən Trend-ə verilən məlumata görə, görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə al­tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan ver­mədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şü­caə­­ti­nin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

Xatırladaq ki, 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada baş ça­­vuş Kuru­pov Ra­­ma­zan Məm­məd oğlu çoxsaylı güllə yaraları alıb və təcili əməliyyat olu­na­raq həyatı xilas edilib.

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səy­­ləri və pe­şəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağ­lam­­­­lığı qısa müddət ərzində bər­­pa edilib və hazırda onun tibbi reabili­tasiya pro­se­dur­­­­larına cəlb edilməsi planlaşdırılır. Müalicə təd­bir­ləri yekun­laş­dıq­­­­dan sonra baş çavuş R.Kuru­povun Silahlı Qüvvə­lə­rin ehtiya­tı­na buraxılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti