...

“ASAN könüllüləri”nin növbəti qrupu Binəqədi RİH-də təcrübə keçir (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2018 14:53 (UTC +04:00)
“ASAN könüllüləri”nin növbəti 14-cü qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb.
“ASAN könüllüləri”nin növbəti qrupu Binəqədi RİH-də təcrübə keçir (FOTO)

Bakı. Trend:

“ASAN könüllüləri”nin növbəti 14-cü qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb.

Trend-in məlumatına görə, “ASAN Könüllüləri" Gənclər Təşkilatının Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 14-cü qrupunun üzvləri ilə görüş keçirilib.

Könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara Rayon İcra Hakimiyyətinin, o cümlədən, 1646 – Sakinlərin Müraciət Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra könüllülər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti