...

Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2018 14:20 (UTC +04:00)
Sentyabr ayının 27-də Yəhya Hüseynov küçəsi, döngə 2, “Xeyir-şər” evində Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib.
Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabr ayının 27-də Yəhya Hüseynov küçəsi, döngə 2, “Xeyir-şər” evində Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib.

RİH-dən Trend-ə verilən məlumata görə, görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

#Bineqedirayonu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti