...

Uşaqların Beynəlxalq Müdafiəsi Günü metroda fərqli qeyd olunacaq

Cəmiyyət Materials 31 May 2019 18:02 (UTC +04:00)
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində bu il daha geniş miqyasda tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü metroda fərqli qeyd olunacaq

Bakı. Samir Əli - Trend:

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı Metropolitenində bu il daha geniş miqyasda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, iyunun 1-də saat 11:00-da "İçərişəhər" stansiyasında "Bakı Metropoliteni" QSC rəhbərliyinin təşəbbüsü ilə uşaqlara Əməkdar artist Bəhram Bağırzadənin kitabları paylanacaq.

Bayram tamaşasına kitabların müəllifi də dəvət olunub: "Bəhram Bağırzadə tədbirdə kitablarına ürək sözlərini qeyd edərək azyaşlı sərnişinlərə təqdim edəcək. Bayram tamaşası çərçivəsində uşaqlara əyləncə dolu saatlar bəxş ediləcək. Onlara müxtəlif personajların, jonqlyorların iştirak edəcəyi rəngarəng, maraqlı tamaşa təqdim ediləcək".

B.Məmmədov bildirib ki, stansiyada Azərbaycanın məşhur uşaq mahnıları səsləndiriləcək:

"Ötən il olduğu kimi, bu dəfə də iyunun 1-dən 3-dək metropoliten stansiyalarında qatarların anonsları uşaqların dili ilə səsləndiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti