...

Ulduz Şokolad Fabriki Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə iki tədbirə dəstək göstərib (FOTO)

Cəmiyyət Materials 31 May 2019 20:39 (UTC +04:00)
Hər zaman uşaqları sevindirməyə çalışan Ulduz Şokolad Fabriki bu dəfə Mədəniyyət Nazirliyi və Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən iki müxtəlif tədbirə dəstək göstərib.
Ulduz Şokolad Fabriki Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə iki tədbirə dəstək göstərib (FOTO)

Bakı. Trend:

Hər zaman uşaqları sevindirməyə çalışan Ulduz Şokolad Fabriki (“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) bu dəfə Mədəniyyət Nazirliyi və Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən iki müxtəlif tədbirə dəstək göstərib.

MMC-dən Trend-ə verilən məlumata görə, 30 iyunda Nizami Kino Mərkəzində AR Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə AR Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin üzvləri üçün “Uşaq Bayramı”, 31 iyun tarixində isə Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən “Daun Mərkəzi”ndə daun sindromundan əziyyət çəkən uşaqlar üçün xüsusi konsert proqramı təşkil olunub.

Hər iki tədbirin məqsədi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları sevindirməklə yanaşı, onların istedad və bacarıqlarının da üzə çıxarılmasına imkan yaratmaq olub.

Ulduz Şokolad Fabriki isə öz növbəsində hər iki tədbirdə iştirak edən qurumların uşaqlarını, həmçinin “Can bala” estrada ansamblının və “Səma” rəqs qrupunun üzvlərini müxtəlif hədiyyələrdən ibarət FAVO hədiyyə paketi ilə sevindirib.

Qeyd edək ki, Ulduz Şokolad Fabriki hər zaman fabrikdə şokolad-konfet istehsalını yaxından görmək istəyən şagirdlər, tələbələr və digər kollektivlər üçün ödənişsiz ekskursiyalar təşkil edir, ekskursiya zamanı onlara fabrik, istehsalat prosesi haqqında məlumatlar verir və sonda onlara müxtəlif hədiyyələr təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti