...

Yasamal Yaşayış Kompleksində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2019 16:19 (UTC +04:00)
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində yaşayan ailələrin uşaqları üçün əyləncəli bayram şənliyi keçirilib.
Yasamal Yaşayış Kompleksində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində yaşayan ailələrin uşaqları üçün əyləncəli bayram şənliyi keçirilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, cizgi film personajlarının, nağıl qəhrəmanlarının və şən klounların çıxışları uşaqların bayram ovqatını daha da artırıb.

Bu gün ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı, onların inkişafı üçün hərtərəfli şəraitin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Ulu Öndər Heydər Əliyev hər zaman bu sahəyə xüsusi diqqət göstərmiş, uşaq və yeniyetmələrin sağlam və Vətənə layiqli vətəndaşlar kimi böyüməsi üçün bütün zəruri təsisatları şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilərək ölkəmizdə uşaqların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Mənzil İnşaatı Dövlət Agentliyi layihələrin reallaşdırılması zamanı uşaqların maraqlarını daim diqqət mərkəzində saxlayır. Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində uşaqların sağlam böyümələri, istirahətlərini şən və maraqlı keçirmələri üçün hər cür şərait yaradılmışdır. Şəhərciyin ərazisində salınan ekoloji təmiz və geniş həyətlər, uşaq meydançaları, oyun zonalarında quraşdırılan müxtəlif attraksionlar və yelləncəklər uşaqların tam ürəyincədir.

Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycanın bütün uşaqlarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara sevgi dolu həyat və xoşbəxt gələcək arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti