...

Sumqayıtın 70 illiyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2019 18:16
70 illiyə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Sumqayıtın 70 illiyi qeyd olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Sumqayıtın 70 illiyi qeyd olunub.

Trend-in məlumatına görə, Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 19 Noyabr 2019-cu il tarixdə şəhərin 70 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimaiyyət nümayəndələri və on minlərlə şəhər sakini iştirakı edib.

Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektində keçirilib.

Tədbir çərçivəsində Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə hərbi keçid olub. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silah-sursatlar nümayiş olunub.

Bununla yanaşı, sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər.

Tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsertlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti