...

Baş prokurorun müavini: Keçən il 3 hüquqi şəxs məhkəmə məsuliyyətinə verilib

Cəmiyyət Materials 15 Yanvar 2020 10:28 (UTC +04:00)
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 7 cinayət işinin istintaqı tamamlanıb.
Baş prokurorun müavini: Keçən il 3 hüquqi şəxs məhkəmə məsuliyyətinə verilib

Bakı. Samir Əli - Trend:

2019-cu ildə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 7 cinayət işinin istintaqı tamamlanıb.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti