...

Azərbaycanda sahibkarlar üçün yeni hüquq müəyyən edilib

Cəmiyyət Materials 16 Yanvar 2020 08:00 (UTC +04:00)
Azərbaycanda turizm sənayesi işçiləri və sahibkarlarının hüquqları müəyyən edilib.
Azərbaycanda sahibkarlar üçün yeni hüquq müəyyən edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm sənayesi işçiləri və sahibkarlarının hüquqları müəyyən edilib.

Trend-in məlumatına görə, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli "Turizm sənayesi nümayəndələrinin etik kodeksi"ndə öz əksini tapıb.

Sənədə əsasən, turizm və əlaqəli sahələrin işçiləri lazımi ilkin təlim keçmək və öz ixtisas dərəcəsini daim yüksəltmək hüququna malikdirlər və bunu etməyə borcludurlar. Bu kateqoriyadan olanlar layiqli sosial təminata malik olmalıdırlar, onların məşğulluğunun etibarlılığını maksimum yüksəltmək lazımdır. Sektorun mövsümi işçiləri üçün sosial müdafiə baxımından xüsusi status təklif olunmalıdır.

Kodeksdə bildirilir ki, zəruri qabiliyyət və ixtisasa malik bütün fiziki və hüquqi şəxslər qüvvədə olan milli qanunvericiliklər çərçivəsində turizm sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər:

"Sahibkar və investorlar, xüsusilə də kiçik və orta müəssisələri təmsil edənlər minimal hüquqi və inzibati məhdudiyyətlərlə turizm sektoruna sərbəst çıxışa malik olmalıdırlar.

Turizm sənayesinin beynəlxalq mübadilələrin inkişafı və dinamik yüksəlişi işində əvəzolunmaz həmrəylik amili olan çoxmilli şirkətlər bəzən tutmuş olduqları hakim mövqedən sui-istifadə etməməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti