...

Yaxın vaxtlarda Bakıətrafı qəsəbələrə yeni avtobus xətləri buraxılacaq

Cəmiyyət Materials 4 May 2020 18:18 (UTC +04:00)
Yaxın vaxtlarda Bakıətrafı qəsəbələrə yeni avtobus xətləri buraxılacaq

Bakı. Samir Əli - Trend:

Yaxın vaxtlarda Bakıətrafı qəsəbələrə yeni avtobus xətləri buraxılacaq.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyasından əvvəl bununla bağlı silsilə tədbirlər həyata keçirilirdi:

"Bu məsələ ilə bağlı 115 kiçiktutumlu avtobus sifariş verilib. Pandemiya dövrü yekunlaşdıqdan sonra məsələni həll edəcəyik. Qeyd edim ki, sərnişin sıxlığı sırf avtobus çatışmazlığından deyil, intervalların çox olmasından asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti