...

Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Cəmiyyət Materials 4 Avqust 2020 14:41 (UTC +04:00)
Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Bakı. İlhamə isabalayeva - Trend:

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 31-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti