...

Nazirliyin Qızılağacda güllələnən əməkdaşlarının müalicəsi davam edir - Xidmət rəisi

Cəmiyyət Materials 28 Yanvar 2021 12:25 (UTC +04:00)
Nazirliyin Qızılağacda güllələnən əməkdaşlarının müalicəsi davam edir - Xidmət rəisi

Bakı. İlhamə İsabalayeva - Trend:

27 yanvar 2021-ci il tarixində gecə saatlarında Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisinə icazəsiz daxil olan və ova cəhd edən naməlum şəxslər xidməti vəzifələrini yerinə yetirən milli parkın əməkdaşlarına atəş açıb.

Trend-in məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlər mühafizə yegerləri Ceyhun Mustafayev, Zahir Bəşirov və sahə müfəttişi Natiq Rzazadəyə bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.

“Yaralanan mühafizə işçiləri Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda müalicələri davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Daha ətraflı məlumat araşdırmadan sonra veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti