...

Türkiyə azərbaycanlı şəhid övladlarına təhsil təqaüdü ayıracaq

Cəmiyyət Materials 8 Fevral 2021 12:35 (UTC +04:00)
Türkiyə azərbaycanlı şəhid övladlarına təhsil təqaüdü ayıracaq

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Ermənistanla döyüş əməliyyatların nəticəsində şəhid olmuş azərbaycanlıların övladları üçün özəl təqaüdlər təklif edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

İdarənin rəhbəri Abdulla Eren bildirib ki, Türkiyə şəhid övladlarına təhsil vermək istəyir.

Bunun üçün Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Türkiyədə araşdırma və dil tədrisi məqsədilə bu kateqoriyadan olan tələbə və aspirantlara xüsusi imkanlar təqdim edəcək:

"Bütün sahələrdə olduğu kimi Türkiyə təhsil sahəsində də azərbaycanlı qardaşlarını dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti