...

Bərdə və Beyləqan sakinlərindən narkotik aşkar edilərək götürülüb

Cəmiyyət Materials 25 İyul 2021 15:44 (UTC +04:00)
Bərdə və Beyləqan sakinlərindən narkotik aşkar edilərək götürülüb

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Qazıqurdalı kənd sakini, əvvəllər məhkum edilmiş Bayram Muradov saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 5 kiloqramdan artıq 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayonun 1-ci Aşıqlı kənd sakini Teymur İbrahimov və Şəfəq qəsəbə sakini İman Cabbarov saxlanılıb. Onlardan satış məqsədilə 10 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti