...

Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib

Cəmiyyət 23 Yanvar 2022 11:19 (UTC +04:00)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunaraq hər biri 50 manat məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti