...

Ukraynadan təxliyə edilən tələbələrin Azərbaycan unversitetlərində yerləşdirilməsi təklif edilir

Cəmiyyət Materials 4 Mart 2022 12:20 (UTC +04:00)
Ukraynadan təxliyə edilən tələbələrin Azərbaycan unversitetlərində yerləşdirilməsi təklif edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi üçün çox effektiv iş həyata keçirilir.

Trend-in məlumatına görə, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ukraynadan təxliyə edilən vətəndaşların arasında çoxlu sayda şagird və tələbələr var. Deputat vurğulayıb ki, həmin şagird və tələbələrin Azərbaycanda öz təhsillərini davam etdirməsi üçün imkan yaradılmalıdır:

"Təcili sürətdə həmin tələbələrin Azərbaycan unversitetlərində yerləşdirilməsi üçün tədbirlər görülməlidir", - millət vəkili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti