...

ADNSU-da İsrail Azərbaycan Təlim Mərkəzinin təqaüd proqramlarının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2022 18:29 (UTC +04:00)
ADNSU-da İsrail Azərbaycan Təlim Mərkəzinin təqaüd proqramlarının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə İsrail Azərbaycan Təlim Mərkəzinin “Code for future” təqaüd proqramlarının açılış mərasimi keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, prorektorlar, universitetin professor-müəllim heyəti, həmçinin Rektorun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, əməkdaşlar və tələbələr iştirak ediblər.

Universitetdə İT sahəsində müxtəlif layihələrin həyata keçirildiyini deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı “code for future” proqramlarının universitet üçün xüsusi önəm daşıdığını bildirib.

Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ü.Səttarova layihənin ADNSU-da həyata keçirilməsinin universitet tərəfindən İT sahəsinə və gənclərin İT biliklərinin artırılmasına göstərilən böyük diqqət kimi qiymətləndirib və bu səbədən də proqramın məhz ADNSU ilə birgə həyata keçirildiyini deyib.

Rektorun İT və innovasiyalar üzrə müşaviri R.Abdullayev təqaüd proqramı haqqında məlumat verərək qeydiyyatın başa çatdığını və artıq 90 nəfər tələbənin təqaüd üçün seçildiyini deyib.

İsrail Azərbaycan Təlim Mərkəzinin koordinatoru Gülmira İsgəndərzadə “Code for future” təqaüd proqramları ilə bağlı təqdimatla çıxış edərək tədris olunacaq kurslar, proqramın məqsədi və qeydiyyat prosesi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, Təhsil nazirliyinin təşəbbüsü ilə İsrail Azərbaycan Təlim Mərkəzinə təqaüd proqramına müraciət edən 1039 nəfər tələbədən 90 nəfər tələbə təqaüd üçün seçilib. Tələbələr üçün 3 istiqamət üzrə UI/UX, Full/Stack və DevOps kusrları üzrə həftədə 3 dəfə 3 saat tədris aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti